ELM VƏ TƏHSİL


“Mirzə Kazımbəy – 220” mövzusunda beynəlxalq konfransa məqalə qəbulu aparılır

Bakı, 13 may, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 20-də görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu aparılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Mirzə Kazımbəy – 220” mövzusunda beynəlxalq konfransa tezislər iyulun 30-dək qəbul edilir. Tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində qəbul olunur. Konfransda iştirak etmək istəyənlər tezisləri [email protected] elektron ünvanına göndərməlidirlər.

Təşkilat Komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumat Şərqşünaslıq İnstitutunun saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.