Mirzə Kazımbəyin anadan olmasının 220 illiyinə həsr edilən konfransa tezis qəbulu aparılır
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 20-də görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar beynəlxalq elmi konfransa tezis qəbulu aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransa tezislər iyulun 30-dək qəbul edilir. Tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində qəbul olunur. Konfransda iştirak etmək istəyənlər tezisləri [email protected] elektron ünvanına göndərməlidirlər.
Təşkilat Komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumat Şərqşünaslıq İnstitutunun saytında yerləşdirilib.

Xəbərin mətnində orfoqrafik səhv var