MƏDƏNİYYƏT


Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxana beynəlxalq müsabiqədə iştirak edəcək

Bakı, 13 fevral, AZƏRTAC

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası oxucular və virtual istifadəçilərlə birgə “Biblio-green dayanıqlı dünyada” beynəlxalq müsabiqəsində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, müsabiqənin təşkilatçıları V.İ.Vernadski adına Qeyri-Hökumət Ekoloji Fondu və Rusiyanın Dövlət Elmi-Texniki Kitabxanasıdır.

Müsabiqəyə aşağıdakı layihələr üzrə nominasiyalar təqdim olunmalıdır:

1. “Yaşıl meydança”. Yaşayış məntəqəsinin davamlı inkişafını təmin edən layihələr.

2. “Birlik”. “Ağıllı şəhərin qurulması” üçün yerli hakimiyyət orqanları ilə səmərəli iş, yerli icmanın fəaliyyətinin mütəşəkkil formada təşkili və özünüidarəetmənin inkişafı.

Müsabiqəyə materiallar fevralın 15-dən 28-dək qəbul olunacaq. Materialları tam formada təqdim etmiş bütün iştirakçılara sertifikatlar veriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanaya müraciət edə bilərlər (Yasamal rayonu, H.Zərdabi küç., 68).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.