DÜNYA


Misir ABŞ-dan 2,5 milyard dollar dəyərində hərbi təyyarə və hava hücumundan müdafiə radarları alacaq

Qahirə, 26 yanvar, AZƏRTAC

ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollar dəyərində 12 ədəd C-130 Super Herkules hərbi nəqliyyat təyyarəsi və 3 ədəd SPS-48 tipli yerüstü hava hücumundan müdafiə radar sisteminin satılması kontraktını təsdiq edib. Bu barədə Birləşmiş Ştatların Müdafiə Nazirliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Misir hərbi nəqliyyat təyyarələrinin alınmasına 2,2 milyard dollar ödəyəcək. Radar sistemləri isə Qahirəyə 350 milyon dollara başa gələcək. Statistik rəqəmlərə görə dünyanın doqquzuncu böyük ordusuna mali olan Misir ən müasir hərbi texnika alınmasına xüsusi əhəmiyyət verir.

Pentaqonun açıqlamasında bildirilib ki, müasir hərbi texnikanın ABŞ-ın NATO-ya üzv olmayan müttəfiqi və Yaxın Şərqdə ən böyük strateji tərəfdaşı olan Misirə satışından əsas məqsəd bu ölkənin müdafiə qabiliyyətinin artırılmasıdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.