DÜNYA


Misir AQEM çərçivəsində əməkdaşlığa böyük maraq göstərir

Qahirə, 8 avqust, AZƏRTAC

Rəsmi Qahirə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığa böyük maraq göstərir.

AZƏRTAC xəbər verir ki, Misirin xarici işlər naziri Sami Şükrü və Qazaxıstan xarici işlər nazirinin müavini Adil Tursunovun Qahirədə keçirilən görüşündə AQEM çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Tərəflər qeyd ediblər ki, bu təşəbbüs Asiyada sülhün və təhlükəsizliyin bərqərar olması, iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətlidir.

Qazaxıstan xarici işlər nazirinin müavini AQEM-ə üzv ölkələr haqqında da ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan Qazaxıstanın AQEM-in çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri olub və hazırda da bu çərçivədə əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə yetirir və bunla əlaqədar 2011-ci il aprelində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi edib. 2021-ci il sentyabrın 23-də isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil edilib. Bundan başqa, 2018-ci ilin aprelində Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM Gənclər Şurasının üçüncü konfransı da təşkil edilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.