Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Misir Ərəb Respublikası Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Dr.Üsəmə əl-Abddan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən xoşbəxtlik duyuram.

Şərq və Qərbin qədim mədəniyyətlərinin qovuşduğu gözəllik təcəssümü olan Bakı şəhərində “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunmuş konfransda iştirakımdan bəri Sizin qələbənizə inanırdım.

Sizin əzəmətli ölkənizdə seyr etdiyim tərəqqi və əmin-amanlıq məni heyran qoydu.

Sizin rəhbərliyiniz dövründə Azərbaycan xalqının Zati-alinizə qarşı duyduğu sevgi və bağlılığın yüksək dərəcədə olduğunu görməmək mümkün deyil.

Bu gözəl imkandan istifadə edərək, Zati-aliniz qarşısında, xalqlarımız arasındakı qardaşlıq tellərinin və ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iki qardaş ölkələrimiz arasındakı doğma münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək bütün səylərin davam etdiriləcəyini bir daha təsdiqləyirəm.

“İslam Həmrəyliyi İli” ilə bağlı yekun konfrans zamanı Zati-alinizlə olan görüşümü heç vaxt unutmayacağam, Azərbaycan xalqının göstərdiyi xüsusi qonaqpərvərlik, nümayiş etdirdiyi nəcabət və gözəl ev sahibliyi heç zaman yaddaşımdan silinməyəcək.

Xalqlarımız, ölkələrimiz və xüsusən də parlamentlərimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün var qüvvəmlə çalışacağam.

Ulu və Qadir Allahımızdan Zati-alinizə və Azərbaycan xalqına daha çox tərəqqi və rifah diləyir, qardaş ölkənizə təhlükəsizlik, sabitlik və sülh arzulayıram.

 

Professor Dr.Üsəmə əl-Abd

Misir Ərəb Respublikası Nümayəndələr Palatasının

Din və Vəqflər İşləri Komitəsinin sədri,

Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin