Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan çoxillik əlaqələri yüksək qiymətləndirir, qarşıdakı illərdə də dost xalqlarımızın ümumi mənafeyi naminə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində maraqlı olduğumu vurğulamaq istəyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına isə daha xoşbəxt və firavan gələcək diləyirəm.

Böyük hörmət və ehtiramla,

 

Əbdülfəttah əs-Sisi

Misir Ərəb Respublikasının Prezidenti

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin