Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

Hörmətli cənab Prezident,

Əl-Minya vilayətində avtobusun avtomat silahlardan atəşə tutulması nəticəsində əksəriyyəti uşaqlardan ibarət olan sərnişinlərin həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, gündən-günə azğınlaşan terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 may 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin