MƏDƏNİYYƏT


Misir Asuanda yerləşən qədim abidələri turistlərin üzünə açacaq

Qahirə, 29 fevral, AZƏRTAC

Misirin Qədim Abidələr Nazirliyi Asuan vilayətində yerləşən sərdabaları turistlərin üzünə açacaq.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, Cəbəl Əbu Həva adlanan məkanda yerləşən bu qədim abidələr 130 metr hündürlüyü olan dağda yerləşir. Dağda olan 10 qədim sərdabadakı 85 məzar və divar rəsmləri qədim Misirin müxtəlif dövrlərinə aiddir. Divar rəsmlərinin bir neçəsi orijinal rəngini qoruyub saxlayıb. Sərdabaların dağılmış aşağı hissələrində bərpa işləri başa çatmaq üzrədir.

Məlumatda qeyd olunub ki, ən böyük sərdaba fironların Amenhotep sülaləsinə aiddir. Onun divar rəsmləri ilə bəzədilmiş fasadı isə 12 metrdir. Digər sərdabaların kimlərə aid olduğu məlum deyil.

Nazirlik bu qədim və əsrarəngiz abidələrin turist axınına səbəb olacağını ehtimal edir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.