HEYDƏR ƏLİYEV - 100


Misir-Azərbaycan Cəmiyyəti “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlayıb

Misir-Azərbaycan Cəmiyyəti “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlayıb

Qahirə, 4 dekabr, AZƏRTAC

Qahirədə Misir-Azərbaycan Cəmiyyətinin üzvlərinin iştirakı ilə keçirilən toplantıda “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Misir-Azərbaycan Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, bu münasibətlə dost ölkə olan Misirdə silsilə tədbirlər keçiriləcəyini bildirib. Qeyd edib ki, cəmiyyətin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimləri arasında inşa və şeir müsabiqəsinin təşkili, ən yaxşı yazıların Misir və digər ərəb ölkələrinin mediasında dərc olunması nəzərdə tutulub. Bundan başqa, diaspor üzvlərinin uşaqlarının Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş rəsmlərindən ibarət sərgi, habelə cəmiyyətin Qahirənin Moqattam rayonunda yerləşən ofisində fotosərginin də keçirilməsi planlaşdırılıb.

Yığıncaqda çıxış edən Misir-Azərbaycan Cəmiyyətinin sədr müavini, Helvan Universitetinin professoru Adil Dərviş, baş katibi Tövhid Məhəmməd dahi siyasətçi Heydər Əliyevin mənalı ömür yolu, zəngin siyasi fəaliyyəti və İslam-ərəb dünyası ilə əlaqələrin inkişafına verdiyi misilsiz töhfə ilə bağlı yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminarların təşkil olunmasını təklif ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.