SİYASƏT


Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək

Qahirə, 14 oktyabr, AZƏRTAC

Misir Parlamentinin din və vəqflər komitəsinin sədri, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Usama Al-Əbd Bakıda keçiriləcək 6-cı Beynəlxalq Humanitar Forumda iştirak edəcək.

Bunu Usama Al-Əbd AZƏRTAC-a bildirib.

Beynəlxalq forumda digər ərəb və müsəlman ölkələrindən nümayəndələrin də iştirakı gözlənilir.

Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.