DÜNYA


Misir “Bir kəmər, bir yol” çərçivəsində Pakistanla əməkdaşlıq edəcək

Qahirə, 18 fevral, AZƏRTAC

Misir “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Pakistanla əməkdaşlıq edəcək. Bu təklifi Qahirədə rəsmi səfərdə olan Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşündə irəli sürüb.

AZƏRTAC xəbər verir ki, pakistanlı nazirin Misirin dövlət başçısı və xarici işlər naziri Sami Şükrü ilə görüşləri zamanı Pakistanın Qvadar limanı ilə Süveyş kanalı iqtisadi zonası arasında əməkdaşlıq, habelə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində birgə sənaye layihələrinin həyata keçirilməsi müzakirə edilib. Əbdülfəttah əl-Sisi qeyd edib ki, İslam dünyasının ən mühüm ölkələrindən biri olan Pakistanla müdafiə, təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərində də sıx əlaqələr qurulacaq. Onun sözlərinə görə, hər iki dövlət ekstremizmlə mübarizə aparır və bu sahədə informasiya mübadiləsi böyük əhəmiyyətə malikdir.

Pakistanın Prezidenti Arif Alvi və Baş naziri İmran Xanın Misir Prezidentinə məktubunu təqdim edən Şah Mahmud Qureşi bildirib ki, rəsmi İslamabad yeni dövrün çağırışları fonunda İslam aləminin mövqelərinin möhkəmlənməsi istiqamətində Qahirə ilə daha sıx əməkdaşlıqda maraqlıdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.