DÜNYA


Misir “Boeing 737 MAX” təyyarələrinin ölkə ərazisi üzərindən uçuşunu qadağan edib

Qahirə, 13 mart, AZƏRTAC 

Misirin Mülki Aviasiya Nazirliyi Efiopiyada 157 insanın, o cümlədən səkkiz heyət üzvünün həlak olması ilə nəticələnən aviasiya qəzasından sonra “Boeing 737 MAX” təyyarələrinin ölkə ərazisi üzərindən uçuşuna qadağa qoyub.

AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Mülki aviasiya hakimiyyəti orqanları sərnişinlərin və hava gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə qabaqlayıcı tədbirlər kimi Misirin hava məkanında və onun bütün aeroportlarında “Boeing 737 MAX” təyyarələrinin uçuşu, enməsi və havaya qalxmasına qadağa qoymaq haqqında qərar qəbul edib”.

Bildirilir ki, bu informasiya bütün dövlətlərin diqqətinə çatdırılıb. “Egypt Air” milli aviadaşıyıcısının öz parkında bu sinifdən təyyarələr yoxdur və onları almağı planlaşdırmır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.