DÜNYA


Misir Fələstinlə sərhədi müvəqqəti açıb

Qahirə, 13 avqust, AZƏRTAC

Misir Prezidenti Əbdülfəttah əl Sisi Qəzza ilə sərhəddə yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsinin üç gün müddətinə açılması barədə göstəriş verib.

AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar bu ilin martından bağlanan sərhəd-keçid məntəqəsi beş aydan çoxdur bir-birindən ayrı düşən fələstinli ailələrin qovuşması məqsədi ilə açılıb. Bu gündən başlayaraq avqustun 17-dək onlar Fələstinə və əks istiqamətə hərəkət edə biləcəklər.

Qəzza sektoru ilə həmsərhəd olan Misirin Şimali Sinay vilayətinin qubernatorluğu ölkəyə daxil olan şəxslərin Səhiyyə Nazirliyi ilə birlikdə COVID-19 testindən keçirilməsi, onların qoruyucu maskalar taxması və sosial məsafəyə riayət etməsinə nəzarət edəcək.

Fələstinin Misirdəki səfiri Diyab əl-Loh öz bəyanatında fələstinli ailələrin qovuşmasına və uzun müddətdir sərhəd bölgəsində onlara sığınacaq verilməsinə görə Prezident Əbdülfəttah əl Sisiyə təşəkkürünü bildirib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.