DÜNYA


Misir KİV-ləri “Müsəlman qardaşlar”ı qondarma videokadrların və feyk xəbərlərin yayılmasında ittiham edir

Qahirə, 21 sentyabr, AZƏRTAC

Misir KİV-ləri ölkədə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının tərəfdarlarını sosial şəbəkələr və onların nəzarətində olan KİV-lər vasitəsilə ölkədə kütləvi etirazlar təşkil etmək cəhdində ittiham ediblər.

AZƏRTAC Misirdə çıxan “Youm 7” qəzetinə istinadla xəbər verir ki, sosial şəbəkələrdə və “Müsəlman qardaşlar”ın nəzarətində olan telekanallarda guya “Təhrir” meydanında və Misirin digər şəhərlərində kütləvi etiraz aksiyalarından kadrlar olan videoçarxlar yayılır. Söhbət ölkədə vəziyyəti pozmaq məqsədi ilə 2011-2013-cü illər dövründə baş vermiş hadisələrin köhnə kadrlarından və digər qondarma videoçarxlardan istifadə olunmasından gedir.

Nəşr yazır ki, Qahirənin “Təhrir” meydanında və şəhərin mərkəzində vəziyyət sakitdir, insanların bir yerə toplaşması ilə bağlı heç bir fakt müşahidə olunmur, yol açıqdır.

“ExtraNews” peyk kanalı “Təhrir” meydanından birbaşa yayım həyata keçirir. Burada aydın görünür ki, vəziyyət sakitdir, avtomobillər adi rejimdə hərəkət edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.