SİYASƏT


Misir KİV-lərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilib

Qahirə, 11 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən məqaləsi Misirin geniş oxucu kütləsinə malik agentlik və qəzetlərində (Yaxın Şərq Xəbərlər Agentliyi, “Asiyaelyoum” agentliyi, “Aldiplomasy”, “Almsaey”, “Elbalad”, “Masress”, “Akhbarelyom”, “Soutelarabnews”, “Almasryia”, “Albawabhnews”, “Egyptnewnews”, “Embassy-news” qəzetləri və sair) dərc edilib.

Səfir ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz roluna toxunaraq, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun ən güclü dövlətinə çevrildiyini, dünya dövlətləri sırasında layiqli yerini tutduğunu vurğulayıb, Ulu Öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğunu diqqətə çatdırıb.

Səfir, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, 90-cı illərin əvvəllərində ölkənin siyasi və iqtisadi böhran keçirdiyini xatırladaraq, məhz Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra Ermənistan və Azərbaycan arasında atəşkəsin elan olunduğunu, “Əsrin müqaviləsi”nin imzalandığını, ölkə iqtisadiyyatının dirçəldiyini, ordunun gücləndiyini, Azərbaycanın qısa zaman ərzində donor ölkəyə çevrildiyini, haqlı mövqeyinin dünya birliyi tərəfindən tanındığını vurğulayıb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.