DÜNYA


Misir Prezidenti ABŞ-ın dövlət katibi ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Qahirə, 10 yanvar, AZƏRTAC

Misirin Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündə ikitərəfli münasibətləri, beynəlxalq və regional, həmçinin terrorçuluqla mübarizə məsələlərini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, Qahirədə keçirilən görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəm olduğunu və siyasi problemlər, həmçinin regionda təhlükəsizlik məsələləri üzrə əlaqələndirmə və məsləhətləşmənin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri terrorçuluğa qarşı mübarizədə səylərinə görə Misir Prezidentinə təşəkkürünü bildirib və Qahirənin regionda oynadığı rolun əhəmiyyətini vurğulayıb.

Pompeo özünün “Twitter” səhifəsində Prezident Əbdülfəttah əs-Sisi ilə görüşünün məhsuldar olduğunu yazıb: O əlavə edib: “ABŞ regional azadlıq üzrə öhdəliklərə dair məsələlərdə və terrorçuluğa qarşı mübarizədə Misiri bütün gücü ilə dəstəkləyir”.

M.Pompeo misirli həmkarı Sameh Şükri ilə də görüş keçirib.

Qeyd edək ki, ABŞ dövlət katibinin Qahirəyə səfəri onun Yaxın Şərq ölkələrinə davam edən ziyarəti çərçivəsində həyata keçirilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.