DÜNYA


Misir Prezidenti konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda səs verib

Qahirə, 20 aprel, AZƏRTAC

Misir Prezidenti Əbdülfəttah əs-Sisi konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda səs verib.

AZƏRTAC xəbər verir ki, aprelin 22-nə kimi davam edəcək referendumda 60 milyondan çox seçicinin iştirakı gözlənilir. Səsvermənin nəticələri aprelin sonuna kimi açıqlanmalıdır.

Bütün ölkə ərazisində 14 minə yaxın seçki məntəqəsinin təhlükəsizliyini çoxsaylı təhlükəsizlik qüvvələri qoruyur.

Xatırladaq ki, Milli Seçki Komissiyasının qərarına əsasən, vətəndaşlar hər təklif olunan bəndə ayrıca səs verəcəklər. Konstitusiyaya dəyişikliklər seçicilərin üçdə ikisinin səsinin toplandığı təqdirdə qüvvəyə minəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.