DÜNYA


Misir Prezidentinin Liviya Milli Ordusunun komandanı ilə görüşü olub

Qahirə, 4 iyun, AZƏRTAC

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə qısamüddətli səfərdə olan Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Həftarla keçirdiyi görüşdə rəsmi Qahirənin liviyalı komandana dəstəyini bir daha ifadə edib.

AZƏRTAC xəbər verir ki, Xəlifə Həftar Liviyadakı son vəziyyət, Liviya razılıq hökumətinin rəhbəri Fayiz əl-Sərracla aparılan danışıqlar barədə Misir Prezidentinə ətraflı məlumat verib.

Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Məsmari bildirib ki, münaqişə tərəfləri arasında BMT-nin himayəsi ilə aparılan atəşkəs danışıqlarına baxmayaraq, Tripoli ətrafında döyüşlər davam edir. Onun sözlərinə görə, danışıqların əsas mövzusu Liviyada olan 1500 nəfərli suriyalı silahlının ölkədən çıxarılmasıdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.