DÜNYA
Misir Qırmızı dənizdə neft yataqlarının kəşfiyyatına başlayır
Qahirə, 27 sentyabr, AZƏRTAC
Misir Qırmızı dənizdə neft yaraqlarının axtarış-kəşfiyyat işlərini həyata keçirmək məqsədilə iri beynəlxalq şirkətlərlə 3 saziş imzalayıb və seysmik tədqiqatlardan sonra qazma əməliyyatları başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin neft naziri Tariq Əl-Molla jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Misirin Cənub Vadisi Neft Holdinqi Qırmızı dənizdə zəngin neft yataqları olduğunu təsdiq edib və xarici şirkətlərlə əməkdaşlıq şəraitində onların istismarına başlayacaq. Nazir əlavə edib ki, Aralıq və Qırmızı dənizlərdə yeni neft-qaz yataqlarının kəşfiyyat işləri və istismarına dair beynəlxalq tender elan edilib. Hazırda Misir gündəlik 680 min barel xam neft hasil edir və tezliklə bu rəqəmin artırılması gözlənilir.
T.Əl-Molla bildirib ki, Avropada enerji böhranı fonunda Misir qaz ixracatını xeyli artırıb. Misir xarici enerji şirkətləri ilə qaz yataqlarının istismarına dair 108 saziş imzalayıb və bu sektora 22 milyard dollar investisiya qoyulması gözlənilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]