DÜNYA


Misir XİN İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə səylərini davam etdirəcək

Qahirə, 17 may, AZƏRTAC

BMT Təhlükəsizlik Şurasının virtual iclasında çıxış edən Misirin xarici işlər naziri Sami Şükrü bildirib ki, rəsmi Qahirə İsrail və Fələstin münaqişəsinin nizama salınması üzrə səylərini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, S.Şükrü tərəflər arasında atəşkəsə nail olunması və münaqişənin nizama salınması istiqamətində təkliflərini səsləndirib. O bildirib ki, İsrail ilə Fələstin arasında möhkəm sülhə nail olunması ərazidə “iki dövlət” prinsipi üzrə həldən asılıdır. Misirli nazir əlavə edib ki, indi təxirəsalınmaz vəzifə atəşkəsə nail olmaqdır. O deyib: “Hadisələr kulminasiya nöqtəsinə çatmadan və daha böyük faciələr yaşanmadan tərəflər arasında atəşkəs elan edilməlidir. Bunun üçün hələ ümid var. Misir İsrail və Fələstin hökumətləri ilə danışıqları davam etdirir”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.