DÜNYA


Misir XİN öz vətəndaşlarını Azərbaycana getmək üçün rəsmi kanalların xidmətlərindən istifadə etməyə çağırır

Qahirə, 7 mart, AZƏRTAC

Misir Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Azərbaycana işçi vizalarını ayrı-ayrı şəxslərdən, yaxud qeydiyyatsız turizm agentliklərindən almaqdan çəkindirir.

AZƏRTAC Misir XİN-in bəyanatına istinadla bildirir ki, nazirlik Azərbaycana getmək istəyən Misir vətəndaşlarını ayrı-ayrı şəxslərin və qeyri-rəsmi turizm agentliklərinin işçi vizalarının rəsmiləşdirilməsi üzrə xidmətlərindən imtina etməyə çağırıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.