DÜNYA


Misir ehramları gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb

Qahirə, 27 noyabr, AZƏRTAC

Qədim Misir ehramları və Sfinks heykəli noyabrın 25-də başlayan gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Misir Qadınlar Şurası və BMT-nin bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə keçirilən kampaniya dekabrın 10-da – Beynəlxalq İnsan Haqları Gününədək davam edəcək. Qeyd olunub ki, narıncı rəng bütün dünyada zərif cinsin nümayəndələrinə qarşı zorakılığa qarşı mübarizənin rəmzidir.

Misir Qadınlar Şurasının sədri Maya Mursi bildirib ki, bu gün qlobal problemlərdən biri kimi gündəmdə olan qadına qarşı zorakılıq cəmiyyətlərin siyasi, iqtisadi və mənəvi dayaqlarını sarsıdır. Onun sözlərinə görə, ərəb ölkələrində də aktual olan bu bəlanın aradan qaldırılması istiqamətində bütün ölkələrin vətəndaş cəmiyyətləri və hüquq müdafiəsi təşkilatları yerli hökumətlərlə daha sıx əməkdaşlıq etməlidir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.