DÜNYA


Misir enerji resurslarına yönələn dotasiyaların azaldılmasına dair siyasətini davam etdirəcək

Qahirə, 7 oktyabr, AZƏRTAC

Misir hökumətin enerji resurslarına sərf etdiyi xərclərin azaldılması üçün bu sahəyə yönəldilən dotasiyaların həcminin getdikcə azaldılması siyasətini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin neft və mineral ehtiyatlar naziri Tariq əl-Mulla açıqlama yayıb. Onun sözlərinə görə, enerji resurslarına ayrılan dotasiyalar büdcənin yükünü çoxaldır. “Son beş ildə Misir neft və digər enerji resurslarının dotasiyasına 30 milyard dollar xərcləyib”, – deyə o bildirib.

Qeyd edək ki, Misirdə 2014-cü ildən günbəgün artan büdcə kəsirinin azalması üçün iqtisadi islahatlar planı qəbul olunub. Həmçinin 2019-cu il üçün enerji resurslarına yönələn dotasiyaların tamamilə azaldılması məqsədilə beş illik plan da təsdiqlənib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.