Misir gələn ildən İsrail qazı almağa başlayacaq
AzerTAg.az

Bakı, 8 avqust, AZƏRTAC
Misir 2019-cu ildən İsraildən təbii qaz almağa başlayacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Misirin “Dolphinus” enerji şirkəti gələn il əvvəlindən etibarən İsrail təbii qazını almağa başlayacaq.
Qeyd edək ki, “Dolphinus” 10 il ərzində İsraildən 15 milyard dollarlıq təbii qaz almaq üçün müqaviləni fevral ayında imzalayıb. Müqaviləyə görə, qarşıdakı 10 ildə 64 milyard kubmetr İsrail qazının Misirə göndərilməsi gözlənilir. “Dolphinus”un aldığı təbii qazın həcmi əvvəllər az olacaq və daha sonra bu göstərici tədricən artacaq. Şirkət İsraildən aldığı təbii qazı yenidən ixrac edəcək.
Dünyanın ən böyük qaz yatağı kimi qəbul edilən “Zohr”dan sonra “Nur” yatağını da kəşf edən Misir öz qazını çıxarana qədər İsrail qazı ilə regionda qaz mərkəzi olmağı hədəfləyir.
Xəbərin mətnində orfoqrafik səhv var