İDMAN
Misir gimnastikanın inkişafına xüsusi diqqət yetirir
Qahirə, 28 fevral, AZƏRTAC
Misir gimnastikanın inkişafına xüsusi diqqət yetirir.
AZƏRTAC xəbər verir ki, bunu martın 10-17-də Şarm əl-Şeyx kurort şəhərində keçiriləcək gimnastika üzrə 15-ci Afrika çempionatı ilə əlaqədar təşkil edilən mətbuat konfransında Misir Gimnastika Federasiyasının prezidenti Ehab Amin söyləyib.
Federasiya prezidenti qeyd edib ki, çempionatda Tunis, Əlcəzair, Mərakeş, Cənubi Afrika, Seneqal, Konqo, Anqola, Namibiya, Zimbabve və Misir idmançıları medallar uğrunda mübarizə aparacaqlar. Turnirin Şarm əl-Şeyxdə keçirilməsi gimnastika idman növünün təbliği ilə yanaşı, turizmin inkişafı baxımından da əhəmiyyətlidir.
Çempionatın açılışında Beynəlxalq Gimnastika Federasiyasının nümayəndə heyəti, Afrika ölkələri gimnastika federasiyalarının rəhbərləri iştirak edəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]