MƏDƏNİYYƏT


Misir hərbçiləri Mədəniyyət Nazirliyinə səyyar teatr hədiyyə ediblər

Qahirə, 28 iyul, AZƏRTAC

COVID-19 pandemiyası şəraitində, Qahirədə teatrların fəaliyyətinin dayandığı bir vaxtda Misirin Hərbi Sənaye Nazirliyi bu ölkənin Mədəniyyət Nazirliyinə səyyar teatr hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, Misirin Hərbi Sənaye naziri Məhəmməd Əhməd Mursi və Mədəniyyət naziri Enas Abdel Dayem “Heluan” şirkətinin istehsal etdiyi ilk səyyar teatra baxış keçiriblər. Mobil teatrda işıqlandırma sistemi, enerji blokları, tualetlər və səyyar studiya tamaşaçılara da təqdim edilib. Qeyd olunub ki, istehsalı davam edəcək bu teatrlar təkcə pandemiya baxımından deyil, həm də normal dövrdə Misirin əyalətlərində tamaşalar təqdim edəcəklər. Artıq Mədəniyyət Nazirliyi səyyar teatr truppalarının formalaşdırılması barədə də göstəriş verib.

Misirin Mədəniyyət Nazirliyi teatrlarla yanaşı, əyalətlərdə mobil ailə kitabxanalarının yaradılması layihəsini də Hərbi Sənaye Nazirliyinə təqdim edib.

Oqtаy Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.