DÜNYA


Misir hərbçiləri Qahirə aeroportu yaxınlığında partlayışın mümkün səbəbini açıqlayıblar

Bakı, 13 iyul, AZƏRTAC

Qahirə aeroportu yaxınlığında yanacaq dolu çən havanın hədsiz isti olması səbəbindən partlayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu fikri Misir ordusunun rəsmi nümayəndəsi Tamer Rifai KİV-lər üçün açıqlamasında söyləyib. “Havanın temperaturunun yüksəlməsi nəticəsində “Heliopolis” neft şirkətinin çənlərindən birində partlayış baş verib”, - deyə ordunun KİV üçün bəyanatında bildirilir.

Bundan əvvəl Misirin Mülki Aviasiya Nazirliyi partlayışın Qahirə aeroportundan kənarda baş verdiyini və aeroportun işinə təsir etmədiyini bildirib.

Partlayışın səbəb olduğu yanğın söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.