DÜNYA


Misir hökuməti turistlərə ictimai yerlərdə foto və video çəkməyə icazə verib

Qahirə, 9 avqust, AZƏRTAC

Misirin Baş naziri Mustafa Mədbuli əcnəbi turistlərə və bu ölkədə müvəqqəti məskunlaşmış şəxslərə tarixi məkanlar və ictimai yerlərdə şəxsi istifadə üçün foto və video çəkməyə icazə verən qanunu imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu qanunun layihəsi Misir parlamentində qəbul edilib və hökumət başçısının təsdiqindən sonra qüvvəyə minib. Beləliklə, bundan sonra Misir ehramlarını və ya Luksordakı Krallar vadisində tarixi abidələrini lentə alan əcnəbilər ödəniş etməyəcək və yazılı icazə almayacaqlar. Lakin bu qayda peşəkar çəkiliş aparan media nümayəndələrinə şamil olunmur. Onlar Misirin Dövlət İnformasiya Xidmətindən və Daxili İşlər Nazirliyindən yazılı məktub almalıdırlar.

Bundan başqa, turistlərə Misirdə dövlət binaları, xüsusən polis postları, məntəqələri, hərbi obyektlərin və iri körpülərin fotoşəkillərini çəkmək də qadağandır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.