DÜNYA
Misir ilə Türkiyə arasında danışıqların ikinci raundu keçirilib
Qahirə, 8 sentyabr, AZƏRTAC
Misir ilə Türkiyə arasında münasibətlərin normallaşmasına dair danışıqların ikinci raundu keçirilib.
AZƏRTAC xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi Ankarada keçirilmiş məsləhətləşmələrlə bağlı məlumat yayıb.
Misir və Türkiyə XİN-lərinin birgə məlumatında bildirilir ki, nazir müavinləri səviyyəsində keçirilmiş danışıqlarda ikitərəfli əlaqələrin yaxşılaşması ilə yanaşı, Liviya, Suriya, İraq, Fələstin və Şərqi Aralıq dənizində vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Qahirə və Ankara arasında danışıqlarda irəliləyiş olduğunu vurğulayan Misir və Türkiyə XİN-ləri bildiriblər ki, tərəflər münasibətlərin normallaşması istiqamətində məsləhətləşmələri davam etdirmək əzmi nümayiş etdiriblər.
Misir ilə Türkiyə arasında danışıqların birinci raundu bu ilin mayında Qahirədə keçirilmişdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]