DÜNYA


Misir iyunun 15-dən beynəlxalq uçuşları bərpa edəcək

Qahirə, 1 iyun, AZƏRTAC

Misir Nazirlər Kabinetinin mətbuat katibi Nadir Səed bildirib ki, iyunun 15-dən başlayaraq beynəlxalq uçuşlar mərhələli şəkildə bərpa ediləcək. O əlavə edib ki, bu məsələ hökumətin gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq. Hökumət rəsmisi qeyd edib ki, koronavirusla pandemiyası ilə əlaqədar vəziyyət də nəzərə alınacaq və beynəlxalq aviareyslər buna uyğun olaraq açılacaq.

AZƏRTAC xəbər verir ki, artıq bir neçə aviaşirkət iyulun əvvəlində Misirə uçuşları bərpa etmək istədiyini bəyan edib. Misir hökuməti ölkənin beynəlxalq aeroportlarında pandemiya əleyhinə profilaktik tədbirlər həyata keçirir. Hazırda bu hava limanları çarter və karqo aviareyslərini qəbul edir. Bundan başqa, “EgyptAir” şirkəti Misir vətəndaşlarını xarici ölkələrdən gətirmək üçün uçuşlar həyata keçirir. Qeyd olunub ki, indiyədək 12 min misirli aviaşirkətin çarter reysləri ilə vətənə qayıdıb.

Hökumətin rəsmi məlumatında bildirilir ki, pandemiya dövründə Misirin mülki aviasiya sektoru 142 milyon dollardan çox zərərə uğrayıb. Turizm sektoru isə hər ay 1 milyard dollara yaxın vəsait itirir. Bu dərin böhrandan çıxmaq məqsədilə Misir hökuməti “EgyptAir” aviaşirkətinə 126 milyon dollar kredit ayırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.