CƏMİYYƏT
Misir mətbuatı Dünya Azərbaycanlılarının Həmrəylik Günündən yazır
Qahirə, 4 yanvar, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi Emil Rəhimov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu ölkənin nüfuzlu və geniş oxucu kütləsinə malik “Əxbarulyaum” qəzetinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik məktubunun mətninə toxunan Emil Rəhimov, hər il dekabrın 31-də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının bu bayramı təntənəli şəkildə qeyd etdiyini vurğulayır.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu bayramın ayrı-ayrı ölkələrdəki azərbaycanlıları bir araya gətirdiyini, milli dəyərlərə daha sıx bağladığını bildirən Emil Rəhimov Misirdə yaşayan həmvətənlərimizi təbrik edib, Azərbaycan diasporunun bu ölkədəki fəallığını, o cümlədən xalqımızın mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]