SİYASƏT


Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb

Qahirə, 1 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Misirin “Asiaelyoum” informasiya agentliyi və “Aldiplomasy” portalı dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd edib. “İlham Əliyev: 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir” sərlövhəli materiallarda Azərbaycanın dövlət başçısının bölgədə yaranmış son vəziyyət, Ermənistanda siyasi böhran, hərbi əsirlərin qaytarılması və digər məsələlər haqqında 35 media qurumunun 50-dən çox sualını cavablandırdığı vurğulanıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.