CƏMİYYƏT


Misir mətbuatı azərbaycanlı rektorun müraciətini yayıb

Qahirə, 13 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, eləcə də islam dünyasında tanınmış ali təhsil və ali dini təhsil ocaqlarının rəhbərlərinə Ermənistanın sentyabrın 27-dən Azərbaycana qarşı başladığı növbəti təxribatı ilə bağlı müraciəti Misir KİV-lərində yayılıb.

AZƏRTAC-a istinadla Misirin “Elhayaah”, “Albraq”, “Aldiplomasy”, “Alwasela” və “Iraqnews-in” internet nəşrlərinin yaydıqları xəbərdə vurğulanır ki, azərbaycanlı alim həmkarlarından rəhbərlik etdikləri kollektivləri və öz ölkələrinin ictimaiyyətini Azərbaycanın haqq mübarizəsini yaymağı xahiş edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.