MƏDƏNİYYƏT


Misir mumiyalarının qızıl maskaları ABŞ-da nümayiş etdirilir

Bakı, 17 fevral, AZƏRTAC 

Yunan-Roma dövrünə aid (eramızdan əvvəl 300-200-cü illər) Qədim Misir mumiyaları və qızıl maskalardan ibarət sərgi Birləşmiş Ştatların Buffalo Elm Muzeyində açılıb. AZƏRTAC Misir KİV-nə istinadla xəbər verir ki, “Misirin qızıl mumiyaları” adlı sərgi iyunun 21-dək davam edəcək.

Qeyd olunub ki, sərginin rəsmi saytında mumiyalar, tabutlar, qəzəl maskalar və zinət əşyalarından ibarət 100 artifaktın sərgiləndiyi bildirilir. Eksponatlara, xüsusən qızıl maskalara ecazkar rəng əlavə etmək üçün xüsusi işıqlandırma sistemi də quraşdırılıb.

Buffalo Elm Muzeyinin xarici əlaqələr üzrə direktoru Emi Biber Kollson bildirib ki, bütöv bir sivilizasiyanın yadigarı olan bu unikal eksponatlar böyük marağa səbəb olub. Qədim misirlilərin ölüm və ondan sonrakı həyat haqqında təsəvvürləri alimlər üçün xüsusilə mühümdür. Məhz bu səbəbdən Buffalo Universiteti sərgi ilə bağlı xüsusi fəallıq nümayiş etdirir.

“Misirin qızıl mumiyaları” adlı sərgi bundan əvvəl Mançester Muzeyində təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.