DÜNYA


Misir mumiyalarının üzlərinin 3D rekonstruksiyası yaradılıb

Qahirə, 28 sentyabr, AZƏRTAC

ABŞ-ın “Parabon Nano” laboratoriyalarında 2 min ildən çox yaşı olan Misir mumiyalarının üzlərinin 3D formatında rekonstruksiyası yaradılıb.

AZƏRTAC “LiveScience” jurnalına istinadla xəbər verir ki, Qədim Misirin Abusir Əl-Mələq şəhərində tapılmış və eramızdan əvvəl 1300-cü illərə aid olan üç gəncin mumiyasının üzləri Virciniyadakı “Reston” şirkətinin DNK texnologiyası vasitəsilə bərpa olunub. Alimlər onların genetik analizinin nəticələrini də elan ediblər. Məlum olub ki, bu mumiyaların DNK tərkibi Şərqi Aralıq dənizi regionunda yaşayan insanların genetik tipi ilə eynidir. Maraqlısı odur ki, mumiyalar bu göstəricilərə görə indiki Misir əhalisinə deyil, daha çox İsrail, Suriya, Livan ərazisində yaşayan insanlara yaxındırlar.

Bioinformatika üzrə mütəxəssis Ellen Qreytak jurnalistlərə müsahibəsində bildirib ki, 1985-ci ildə Misirdə tapılmış daha 9 mumiya üzərində də genetik tədqiqatlar davam edir. Nanotexnologiyalar vasitəsilə onların da üz cizgiləri bərpa olunacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.