MƏDƏNİYYƏT


Misir nəşri İƏT nümayəndə heyətinin Şuşaya səfərindən yazıb

Qahirə, 4 iyul, AZƏRTAC

Misirin “Əl Nahar” nəşrində İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Azərbaycanda olan İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, jurnalist Hala Şihanın yazısında İƏT-in Baş katibi və turizm nazirlərinin Füzuli Beynəlxalq Hava Limanı, işğaldan azad olunmuş ərazilərdə dağıdılmış infrastruktur obyektləri və tarixi-mədəni abidələrə baxış keçirdikləri diqqətə çatdırılıb. Məqalədə qeyd olunub ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bərpa olunan İslam irsi yadigarları, həmçinin məscidlər qonaqlarda böyük təəssürat yaradıb.

Sonda qeyd olunub ki, İƏT-in Baş katibi Şuşada olarkən Azərbaycan xalqını Qələbə və azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərinin aparılması münasibətilə təbrik edib, bu ərazilərin mühüm beynəlxalq turizm mərkəzinə çevriləcəyini söyləyib. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəyini bir daha ifadə edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.