SİYASƏT


Misir nəşri: Prezident İlham Əliyev Azərbaycanın işğala son qoyduğunu bəyan edib

Qahirə, 19 iyul, AZƏRTAC

Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında bəyanatının əsas məqamları dərc edilib.

AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın öz ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoyduğunu və Ermənistan qoşunlarının həmin ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özünün yerinə yetirdiyini bildirib. O əlavə edib ki, Azərbaycan müharibəyə son qoyub və ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır.

Xəbərdə diqqətə çatdırılıb ki, Şarl Mişel, öz növbəsində, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sülh əldə olunmasında konstruktiv rol oynamağa hazır olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanın dövlət başçısı ilə regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.