SİYASƏT


Misir nəşri azərbaycanlı akademikin məqaləsini yayıb

Qahirə, 15 oktyabr, AZƏRTAC

Misirin “Aldiplomasy” nəşri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın işğalçı Ermənistanla ərazilərinin azad edilməsi uğrunda mübarizə aparan Azərbaycanın haqlı mövqeyi barədə məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğu, XX əsrdə ermənilərin etnik təmizləmə siyasəti çərçivəsində azərbaycanlılara qarşı törətdikləri qətliamlar, Xocalı soyqırımı, terrorçu Ermənistan dövlətinin də əzəli Azərbaycan ərazilərində qurulduğu və yerli azərbaycanlı əhalini öz doğma yurdundan didərgin saldığı konkret tarixi faktlarla diqqətə çatdırılıb.

Qeyd edilib ki, torpaqlarımızın 20 faizini işğal edən və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanın sentyabrın 27-də törətdiyi son hərbi təxribat Azərbaycanın səbrini daşıran son damla olub. Əks-hücuma keçən rəşadətli Azərbaycan Ordusu ərazilərimizi düşmən tapdağından azad edir.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.