DÜNYA
Misir nümayəndə heyətinin İsrail və Fələstin arasında vasitəçilik missiyası nəticə verməyib
Qahirə, 15 may, AZƏRTAC
Misir nümayəndə heyəti İsrail və Fələstin arasında atəşkəsə nail olunması məqsədilə Təl-Əvivə və Qəzaya səfərdən qayıdıb.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Qahirədəki diplomatik mənbə vasitəçilik missiyasının nəticə vermədiyini bildirib.
Diplomatik mənbənin bildirdiyinə görə, rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib. Nümayəndə heyəti, həmçinin Qüdsün şərq ərazilərinin məskunlaşdırılmasını dayandırmağın, bununla da gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb. Qəzadakı Həmas liderlərinə də atəşkəslə bağlı müraciət olunub. Lakin İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə