DÜNYA


Misir ötən il Süveyş kanalından 6,3 milyard dollar gəlir əldə edib

Qahirə, 2 yanvar, AZƏRTAC

Misir ötən il Süveyş kanalında gəmilərin keçidindən 6,3 milyard dollar gəlir əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Süveyş Kanalı İdarəsinin rəisi Usamə Rabiyə məlumat verib.

İdarə rəisinin sözlərinə görə, 2021-ci ildə Süveyş kanalından daxil olan vəsait 2020-ci il ilə müqayisədə 12,8 faiz, yəni 720 milyon dollar artıq olub. O əlavə edib ki, Avropa və Asiya arasında ən əlverişli keçid olan bu kanalın genişləndirilməsi istiqamətində işlər də öz bəhrəsini verib. Belə ki, Süveyş kanalının yük ötürücülük qabiliyyəti illik 1,27 milyard tona çatdırılıb ki, bu rəqəm 2020-ci illə müqayisədə 8,5 faiz çoxdur. Ümumiliklidə ötən il kanaldan 1532 gəminin təhlükəsiz keçidi təmin edilib.

Ötən ilin martında 224 min ton yük daşıyan nəhəng “Ever Given” gəmisinin Süveyş kanalında yaratdığı problem nəticəsində 6 gün gəmilərin keçidi dayanmışdı. Bu insident Misir iqtisadiyyatına milyonlarla dollar həcmində zərər vurmuşdu.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.