SİYASƏT


Misir parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayev bu ölkənin parlamentinin baş katibi Əhməd Səid Əd-Din ilə görüşüb.

Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələr, o cümlədən parlamentlərarası münasibətlər müzakirə olunub. Cari ilin fevralında 11 illik fasilədən sonra Misirdə yüksək səviyyədə keçirilən hökumətlərarası müştərək komissiyanın iclası, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Qahirə şəhərinə səfəri və prezident Əbdül Fəttah Əs-Sisi, Baş nazir Şərif İsmayıl ilə məzmunlu və səmərəli görüşləri yüksək qiymətləndirilib.

Baş katib Əhməd Səid Əd-Din Misir parlamentinin sədri Əli Abdel Aal tərəfindən imzalanmış parlamentin Misir-Azərbaycan dostluq qrupunun yaradılması haqqında qərarını səfir Tural Rzayevə təqdim edib. Dostluq qrupunun sədri Muhaməd Həsən Əl-Əbd seçilib. Komissiyanin tərkibi 10 deputatdan ibarətdir. Komissiya üzvləri arasında ölkə başçısının din məsələlər üzrə müşaviri, keçmiş mədəniyyət naziri, parlamentdə ilk xristian-kopt qadın deputat, ölkənin tanınmış siyasi-ictimai xadimləri yer alıblar.

Qeyd etmək lazımdır ki, Misir parlamentində dostluq qrupu post-sovet məkanında ilk dəfə Azərbaycan ilə yaradılır və ümumiyyətlə, Misir parlamentində yalnız 15-ə yaxın ölkə ilə dostluq qrupu fəaliyyət göstərir.

Görüşdə səfir Tural Rzayevə Misir parlamentinin xüsusi diplomu təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.