DÜNYA


Misir parlamentində konstitusiyaya dəyişikliklər edilməsi bəyənilib

Qahirə, 14 aprel, AZƏRTAC

Misir parlamentinin qanunvericilik üzrə komitəsi səs çoxluğu ilə konstitusiyaya düzəlişlərin edilməsini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, Nümayəndələr Palatasının qanunvericilik üzrə komitəsi ölkənin əsas qanununun 140-cı maddəsinə dəyişikliklərin edilməsini bəyənib. Belə ki, 43 deputat lehinə, 7 deputat əleyhinə səs verib. Yaxın günlərdə ölkə parlamentində konstitusiyaya dəyişikliklər edilməsi barədə səsvermə keçiriləcək.

Xatırladaq ki, Misirdə konstitusiya islahatlarının həyata keçirilməsi barədə 156 misirli deputat təşəbbüs irəli sürmüşdü. Əsas qanuna dəyişikliklərdə prezidentlik müddətinin 4 ildən 6 ilədək uzadılması, dövlət başçısına vitse-prezidentlər təyin etmək hüququnun verilməsi, parlamentin yuxarı palatasının yaradılması və .s dəyişikliklər nəzərdə tutulur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.