DÜNYA


Misir parlamentinin növbədənkənar iclasında 13 nazir vəzifəsindən azad olunub

Qahirə, 13 avqust, AZƏRTAC

Misir parlamentinin aşağı palatası özünün növbədənkənar iclasında Prezident Əbdülfəttah əs-Sisinin Nazirlər Kabinetində kadr dəyişiklikləri barədə təqdimatını təsdiq edib. Nümayəndələr Palatası 13 naziri vəzifəsindən azad edib və onların yerlərinə yenilərinin namizədliyini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, vəzifəsindən azad olunanlar sırasında Misirin ali təhsil və elmi tədqiqatlar, miqrasiya, su ehtiyatları və irriqasiya, ticarət və sənaye, milli aviasiya, təhsil, turizm və qədim abidələr, əmək və sosial müdafiə, mədəniyyət, yerli inkişaf, ictimai sahibkarlıq və hərbi sənaye nazirləri var. Mühüm sayılan xarici İşlər, daxili İşlər, müdafiə nazirləri öz vəzifələrində qalıblar.

Misir Prezidenti bəyan edib ki, kabinet dəyişikliyi ölkənin inkişafını daha da sürətləndirmək məqsədi daşıyır və o, bu addımı Baş nazir Mustafa Mədbuli ilə məsləhətləşəndən sonra atıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.