SİYASƏT


Misir portalı AZƏRTAC-ın “Erməni işğalçılarının viran qoyduğu yurd yerlərimiz” sərlövhəli məqaləsini yayıb

Qahirə, 23 aprel, AZƏRTAC

Misirin “Aldiplomasy” informasiya portalı AZƏRTAC-ın “Erməni işğalçılarının viran qoyduğu yurd yerlərimiz” sərlövhəli məqaləsini yayıb. Xarici ölkələrin diplomatları üçün portalın ingilisdilli versiyasında yerləşdirilmiş materialda çəkiliş qrupunun Füzuli şəhəri, Zəngilanın Mincivan qəsəbəsi və Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər təqdim edilib.

Qeyd edilib ki, müharibədən sonra erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər və dağıntılar sənədləşdirilir, fotoobyektivin yaddaşlarına köçürülür. Bu işdə fəal iştirak edən AZƏRTAC-ın çəkiliş qrupu bir neçə aydır ki, işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd rayonlarının ərazilərində çəkilişlər aparır. Tərkibinə jurnalist, fotoqraf və operatorun daxil olduğu qrup kəndbəkənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev gəzir, erməni vəhşiliyinin izlərini lentə alır, dağıntıların qeydiyyatı ilə məşğul olur. Məqsəd dağıntıların hamısını, düşmənin Azərbaycan xalqına vurduğu ziyanı bir-bir sənədləşdirməkdir.

Azərbaycan dövləti törədilən bu cinayətlərə görə Ermənistanı beynəlxalq ədalət məhkəməsinə vermək niyyətindədir. Ona görə də işğaldan azad edilmiş ərazilərdən toplanan materiallar təkzibolunmaz dəlil-sübut kimi də istifadə edilə bilər.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.