SİYASƏT


Misir portalı Azərbaycan Prezidentinin Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətini yayıb

Qahirə, 21 noyabr, AZƏRTAC

Misirin “Aldiplomasy” informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətinin tam mətnini yayıb.

AZƏRTAC xəbər verir ki, “Aldiplomasy”, həmçinin “Euronews” telekanalının Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportajına da yer ayırıb. Portalın xəbərində vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”un müxbirinə dağıdılmış şəhərin Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktı olduğunu söyləyib. O əlavə edib ki, işğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerlə-yeksan ediblər. Hikmət Hacıyev deyib ki, Azərbaycan ermənilərin dağıtdığı şəhəri bərpa edəcək, Füzuliyə həyat qayıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.