SİYASƏT


Misir portalı Azərbaycan XİN-in Ermənistanın humanitar atəşkəsi pozması barədə bəyanatını yayıb

Qahirə, 14 oktyabr, AZƏRTAC

Misirin geniş oxucu auditoriyasına malik “Almasryalyoum” informasiya portalında Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun işğalçı Ermənistanın Moskvada elan edilmiş humanitar atəşkəsi davamlı şəkildə pozması, şəhər və kəndləri raket və artilleriya atəşinə tutması barədə bəyanatı yayılıb.

AZƏRTAC xəbər verir ki, portalın yaydığı xəbərdə ermənilərin son sutka ərzində Ağdam, Tərtər, həmçinin işğaldan azad edilmiş Cəbrayıl və Hadruta ağır artilleriya və raket zərbələri endirdiyi diqqətə çatdırılıb. Bundan başqa, ermənilərin Suqovuşan bölgəsindən öz əsgərlərinin meyitlərini götürən və ağ bayraqla hərəkət edən tibb briqadasına da atəş açdıqları bildirilib.

Həmçinin vurğulanıb ki, Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumu etməsi Cenevrə Konvensiyasına ziddir və müharibə cinayətidir. Bu şəhərdə dinc sakinlərin, o cümlədən uşaqların həlak olmasına görə məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.