SİYASƏT


Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb

Qahirə, 6 mart, AZƏRTAC

Misirin “Aldiplomasy” portalında Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfərindən bəhs edən material yerləşdirilib.

AZƏRTAC-a istinadla yayılan xəbərdə qeyd olunub ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat verib. Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri başlayıb. “Səfirlərə, beynəlxalq təşkilatların rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, - deyə Prezidentin köməkçisini qeyd edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.