DÜNYA
Misir portalı Fransada ermənipərəst bələdiyyə sədrinin demokratiyaya zidd əməlindən yazıb
Qahirə, 8 may, AZƏRTAC
Misirin “Aldiplomacy” informasiya portalında sosial şəbəkələrdə erməni ASALA terror təşkilatının qurbanları olmuş türk diplomatların xatirəsinə həsr edilmiş statusu bəyəndiyinə görə bu ilin aprelində Fransanın Valans şəhərində vəzifəsindən azad olunan türk mənşəli bələdiyyə məclisi üzvü Yasin Yıldırım haqqında məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə şəhər bələdiyyəsinin sədri Nikolas Daraqonun erməni dərnəklərinin təzyiqi altında Y.Yıldırımı vəzifəsindən azad etdiyi qeyd olunub. Müəllif bildirib ki, türk və müsəlman olan bələdiyyə məclisi üzvü hələ 2020-ci ildə qondarma “erməni soyqırımı” iddialarına qarşı çıxdığı üçün şəhərdəki ermənilərin hədəfinə çevrilmişdi.
Misir portalı diqqətə çatdırıb ki, ötən əsrin 70-ci illərində ASALA terror təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada 77 türk diplomatı və onların ailə üzvləri qətlə yetirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]