SİYASƏT


Misir portalı: Prezident İlham Əliyev Azərbaycan Ordusunun yeni kəndləri azad etdiyini elan edib

Qahirə, 14 oktyabr, AZƏRTAC

Misirin diplomatik “Aldiplomasy” nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün rəsmi “Twitter” səhifəsində Ordumuzun Füzuli və Xocavənd rayonlarının bir sıra kəndlərini azad etməsi barədə paylaşımı ilə bağlı ingilis dilində xəbər yerləşdirib.

AZƏRTAC xəbər verir ki, xəbərdə dövlətimizin başçısının aşağıdakı sözləri yazılıb: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.